NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenskini növbəti NATO sammitinə dəvət etdiyini deyib.
TASS xəbər verir ki, o, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Estoniya Baş naziri Kaya Kallas ilə Tallində birgə mətbuat konfransında deyib.
Xatırladaq ki, NATO-nun növbəti sammiti iyul ayında Litvanın paytaxtı Vilnüsdə baş tutacaq.