Gəlininin məzarına su götürmək istəyərkən...
KANALDA BOĞULDU

Tərtər rayonunda kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovun ölümünün təfərrüatı məlum olub.

 

“Qafqazinfo”nun məlumatına görə, Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.

 

Yaxınlarının sözlərinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edirmiş.

 

Bildirilib ki, o, hadisə günü də məzarlığa gedib və məzarın ətrafındakı yaşıllığı sulamaq üçün kanaldan su götürmək istəyib. Lakin su götürərkən ehtiyatsızlıqdan kanala düşüb. Güclü su axını onun meyitini bir neçə kilometr uzağa aparıb.

 

Qeyd edək ki, hadisədən bir neçə saat sonra onun meyiti düşdüyü yerdən bir neçə kilometr aralıda kanalın Borsunlu kəndi ərazisindən keçən hissəsində, suötürücü qapıların yaxınlığında sakinlər tərəfindən aşkarlanıb.

 

Faktla bağlı araşdırma davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.