
Rusiyanın dünənki hava hücumu nəticəsində Kiyev vilayətinin Buça rayonunda həlak olanların sayı 37 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, baş verən faciə ilə bağlı avqustun 30-u Kiyev vilayəti ərazisində matəm elan edilib.
Bildirilib ki, həlak olanlarla bağlı rəqəm son deyil, ərazidə işlər davam edir.
Daha 42 nəfər, o cümlədən 4 uşaq yaralanıb. Fövqəladə zonadan 400-ə yaxın insan təxliyə edilib.
İlkin məlumatlara görə, təxminən 50 yaşayış evinə ziyan dəyib(Bax: https://www.youtube.com/shorts/6QJiIeXFDbw).