
Pakistanın Hayber-Paxtunxva əyalətində Kalaçi polis rəisinin müavini Kifayətullah Marvatın avtomobilinə silahlı hücum edilib.
"Samaa" nəşri xəbər verir ki, hadisə Dera-İsmayıl-Xan dairəsindəki Dera-Tank avtomobil yolunda qeydə alınıb.
Naməlum şəxslərin xidməti maşını atəşə tutması nəticəsində nəqliyyat vasitəsi zədələnərək aşıb.
Qurulan pusqu nəticəsində sözügedən yüksəkrütbəli zabit və bir qadın polis də daxil olmaqla, ümumilikdə 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Yaralılar dərhal yerli dairə xəstəxanasına çatdırılıblar. Hazırda təhlükəsizlik qüvvələri tərəfindən cinayətkarların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.