
Senzor.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, görüşdə Fələstinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatı sədri kimi uğurlu və aktiv fəaliyyətini qeyd edib. Nazir Al-Maliki Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.
Tərəflər ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, bu xüsusda ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan münaqişəsonrası vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.
Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

