Ermənistanın baş nazir Nikol Paşinyan İrəvana gələn İranın baş prokuroru Məhəmməd Cavar Montazerini qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki,
Paşinyan Ermənistanın İranla hüquq sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bəyan edib.
Baş nazirin sözlərinə görə, aidiyyəti orqanlar arasında kifayət qədər yaxın təmaslar qurulub və Montazerinin səfəri bu qarşılıqlı əlaqəyə daha da töhfə verir.
İranın baş prokuroru isə bildirib ki, ölkəsi üçün Ermənistanla münasibətlər əsas rol oynayır və bu, təkcə hüquq sahəsinə aid deyil. Onun sözlərinə görə, çoxəsrlik, mehriban qonşuluq və dostluq münasibətləri bölgədə çoxsaylı problemlərlə birgə mübarizə aparmaq üçün yaxşı bir təməldir.
Montazeri deyib ki, İran tərəfi münasibətlərdə həmişə mehriban qonşuluq prinsipini rəhbər tutur.