İşğaldan azad olunmuş Hadrut qəsəbəsində daha 2 erməni hərbçisinin qalıqları aşkar olunub.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1685 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.