Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup"un təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 7 bilbordda 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyi münasibətilə məlumat xarakterli bilbordlar yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən senzor.az-a verilən məlumata görə, Böyük Britaniyada yaşayan soydaşlarımızın adından Müstəqillik Gününə həsr olunmuş lövhələrdə 18 Oktyabr tarixinin Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd edildiyinə diqqət cəlb edilib.
Qeyd edək ki, lövhələrdə üçrəngli dövlət bayrağının təsviri fonunda olan məlumatın 3 gün müddətində yerləşdirilməsi nəzərdə tutulur.