Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək - BEYNƏLXALQ MƏHKƏMƏDƏ
Üzbəüz
Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək. Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Dinləmə yerli vaxtla saat 12.00-da bu səhifədən canlı yayımlanacaq.