
Senzor.az Vətən müharibəsinin 25-ci gününün xronikasını təqdim edir.
• Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "Tvitter" səhifəsində məlumat verib.

• Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
• Düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən qənimət götürülüb.
• Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Füzuli və Tərtər istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus üç taktiki pilotsuz uçuş aparatını, Horadiz istiqamətində isə bir pilotsuz uçuş aparatını vurublar.

• Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikaların görüntülərini yayıb.
• Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
