Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İsrailin MOSSAD xarici kəşfiyyat xidmətinin casus şəbəkəsini deşifrə edib.
Məlumatı “Sabah” qəzeti yayıb.
Məlumata görə, deşifrə edilən casus şəbəkəsi 15 nəfərdən ibarət olub və onların bir qismini fələstinlilər təşkil edib.
MOSSAD agentlərinin oktyabrın 7-də məxfi əməliyyat nəticəsində saxlanıldığı bildirilib. Xəfiyyələr hər biri 3 nəfərdən ibarət 5 hücrədə qruplaşıblar.
Onların maliyyə mükafatı qarşılığında xarici və türk tələbələr barədə informasiya topladığı qeyd olunub.
Axar.az xatırladır ki, son 1 ay ərzində Türkiyə kəşfiyyatı ölkədə bir neçə aktiv əməliyyat keçirib.