Bu gün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.
Axar.az-ın verdiyi məlumata görə, təqdimat mərasimində yeni ostandar Zeynalabdin Rezəvi Xürrəm çıxış üçün kürsüyə çıxıb. Rezəvi çıxışını fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.
Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.
Məlum olub ki, ostandarı vuran şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.
Hadisə baş verən zaman İranın daxili işlər naziri Əhməd Vahidi də salonda olub.
Qeyd edək ki, Rezəvi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalıdır.
Hadisənin sosial şəbəkələrdə yayılan videosunu təqdim edirik.