İdman gimnastikası üzrə Böyük Britaniya millisinin Azərbaycan əsilli üzvləri Cenifer və Cesika Qədirova bacıları “İctimai TV”nin qonağı olublar.
Bacılar Tokio Olimpiadasında komanda şəklində bürünc medal qazanmalarından və onları kimlərin təbrik etməsindən danışıblar: “Bundan sonra çoxlu təbriklər aldıq. Böyük Britaniyanın Baş naziri Boris Conson və bəzi Olimpiya idmançıları bizi təbrik etdi. Həmçinin sevimli sürücümüz Luis Həmilton da bizi təbrik edənlər arasında idi”.