ABŞ Prezidenti Çin lideri ilə görüşmək istəyir -
NƏYİN BAHASINA OLURSA-OLSUN...
ABŞ Prezidenti Cozef Bayden əmindir ki, rəsmi Vaşinqton və Pekin arasındakı rəqabət fonunda diplomatik təmaslar xüsusi əhəmiyyət kəsb etdiyi üçün Çin Xalq Respublikasının Sədri Si Szinpinlə görüş zəruridir.
 
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
 
O, qeyd edib ki, Bayden Si Szinpinlə şəxsi əlaqə imkanının olmasını vacib hesab edir.
 
"Əgər Si Szinpin üçün səyahət məhdudiyyətlərinə görə bunu şəxsən etmək mümkün deyilsə, onda virtual görüş keçirmək ən yaxşısı olardı. Biz məhz bunu edəcəyik", - Sallivan Ağ Evdəki brifinqdə deyib.
 
“Biz bunu etmək niyyətindəyik, çünki Birləşmiş Ştatlar və Çin arasında gərgin rəqabət dövründə ən yüksək səviyyədə, liderlər səviyyəsində intensiv diplomatik əlaqə bu münasibətlərin effektiv idarə olunmasında mühüm rol oynayır”, - o əlavə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.