Gürcüstanda hakim partiyanın mitinqi başa çatdı –
YENİLƏNİB
“Gürcü Arzusu” Partiyasının Tbilisidəki Azadlıq meydanında kütləvi aksiyası yekunlaşıb.
 
“Report” xəbər verir ki, bir saat davam edən mitinqdə iştirakçılar qarşısında Baş nazir İrakli Qaribaşvili, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze, parlament sədri Kaxa Kuçava və digər rəsmi şəxslər çıxış ediblər.
 
Natiqlər tərəfdarlarını oktyabrın 30-da yerli seçkilərin ikinci turunda iştiraka və “Gürcü Arzusu”nun qələbəsini sona çatdırmağa çağırıblar.
 
İ.Qaribaşvili deyib ki, “Gürcü Arzusu” Gürcüstanın müstəqillik tarixində sülh və sabitliyi ən çox qoruyub saxlayan hakimiyyətdir.
 
O qeyd edib ki, Gürcüstan keçmişin səhvlərini təkrarlamamalıdır: “Bu gün insanlara gərginlik, qeyri-sabitlik, boykot və revanş deyil, sülh, əmin-amanlıq və tərəqqi lazımdır. Əminəm ki, biz birgə səylərlə bütün problemləri aradan qaldıra biləcəyik. Əminəm ki, növbəti illər Gürcüstan üçün bərpa, sabitlik və inkişaf dövrü olacaq”.
 
Mitinq “Basiani” ansamblının ifasında “Mənim Gürcüstanım buradadır” folklor nəğməsinin oxunması ilə başa çatmış elan olunub.
 
**15:58

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Tbilisidəki Azadlıq meydanında kütləvi aksiyaya hazırlıqları başa çatdırıb.
 
“Report” xəbər verir ki, bu gün səhər saatlarından etibarən paytaxtın mərkəzi küçə və prospektləri avtomobillərin hərəkəti üçün bağlanıb.
 
Partiyanın bir sıra regionlardan olan çoxsaylı tərəfdarları artıq Azadlıq meydanında toplaşırlar. Aksiya saat 17:00-da başlayacaq.
 
“Gürcü Arzusu”ndan bildirilib ki, mitinq yerli seçkilərin ikinci mərhələsi ərəfəsində yekun aksiyadır. Hakim partiya mitinqə 100 min nəfərin qatılacağını gözləyir.
 
Qeyd edək ki, yerli seçkilərin II turu oktyabrın 30-na təyin olunub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.