
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müraciətində dövlət başçısı Qarabağ məsələsinə də toxunub.
“Bu müddət ərzində üsyançılarla qarşı-qarşıya qalan liviyalı qardaşlarımıza, Qarabağdakı işğala qarşı mübarizə aparan Azərbaycan türklərinə verdiyimiz güclü dəstək hər iki ölkənin taleyini dəyişdi. Liviyada üsyançılar məğlubiyyətə uğrayarkən, azərbaycanlı qardaşlarımız 30 ilə yaxın işğalın ardından öz torpaqlarına qovuşdu”, -deyə Ərdoğan qeyd edib.
O, bildirib ki, heç bir xain hücumun Türkiyəni öz yolundan döndərməsinə izn verməyəcək.
Cumhurbaşkanı @RTErdogan: “Milletçe, en büyük güvencemiz olan birliğimize, beraberliğimize ve kardeşliğimize sımsıkı sarılarak, büyük ve güçlü Türkiye davamızı hayata geçirmenin mücadelesini vereceğiz.” pic.twitter.com/W8H0llTDBK
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) October 28, 2021