Avropa İttifaqı (Aİ) və Türkiyə Gömrük İttifaqı sazişinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır.
Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentlik onu da diqqətə çatdırır ki, ötən ay Aİ xarici işlər nazirləri Ankaranın İsveçin NATO-ya üzvlüyünün təsdiqinə prinsipial razılıq verməsindən sonra “Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsi” üzərində işləməyə hazır olduqlarını bəyan ediblər.