“Putinin “vəziyyətin həlli üçün əlavə sülhməramlı kontingent tələb olunur” açıqlaması yaxşı heç nə vəd etmir”.
Senzor.az bildirir ki, bunu AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan-Ermənistan sərhədindəki hadisələr haqda fikirlərini şərh edərkən deyib.
O bildirib: “Ermənistanın təxribatları nəticəsində son günlərdə baş vermiş gərginlik regionda marağı olan ayrı-ayrı qüvvələri hərəkətə gətirib və onların hər biri vəziyyətdən özü üçün xeyir götürməyə çalışır. Bir tərəfdən, Rusiyanın təkbaşına vasitəçilik missiyası ilə proseslərdən təcrid olunan Qərb hər nə olursa-olsun Minsk Qrupu timsalında proseslərə yenidən qoşulmaq istəyir. Bu isə yalnız Rusiyanın vasitəçilik missiyasının fiaskoya uğraması halında, başqa sözlə, Azərbaycan və Ermənistan arasında münasibətlərin yenidən kəskinləşməsi ilə mümkündür. Digər tərəfdən isə prosesi təkbaşına nəzarətində saxlamağa cəhd göstərən və regionda daha çox möhkəmlənmək istəyən Rusiya.
V.Putinin sərhədlərin demarkasiya prosesində vasitəçi olmaq istəyən Qərb dövlətlərinə mesaj olaraq “sərhədlərin xəritəsi Rusiya Baş Qərərgahında saxlanılır” deməsi onu göstərir ki, Rəsmi Moskva İrəvandan fərqli olaraq prosesə kənar oyunçuların qoşulmasında maraqlı deyil. Putinin dünənki açıqlamalarında “Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb” deməsi də əslində ABŞ və Fransa başda olmaqla proseslərə qoşulmaq istəyən bütün qüvvələrə yönəlmiş mesaj, üçtərəli bəyanatın icrasıyla bağlı Ermənistana olan çağırışları isə Azərbaycanın mövqeyini müdafiə kimi yox, digər ölkələrin prosesə müdaxiləsinin qarşısını almaq cəhdi kimi qəbul olunmalıdır.
Bu gün Ermənistan üzərində böyük təsir imkanlarına malik olan Rusiya onu da başa düşür ki, Ermənistandakı anti-Rusiya tərəfdarlarının sayı hər keçən gün daha da artır və gələcəkdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Ona görə də tərəflər arasında olan gərginlikdən maksimum faydalanmağa çalışır. “Vəziyyətin həlli üçün əlavə sülhməramlı kontingent tələb olunur” deyən Putinin məqsədi, bir tərəfdən regiona əlavə qüvvələr yerləşdirməkdirsə, digər tərəfdən də həm Ermənistanı, həm də Azərbaycanı təzyiq altında saxlamaqdan ibarətdir. Belə ki, Rusiya cəlb edəcəyi sülhməramlı adlandırdığı kontingenti Azərbaycan-Ermənistan sərhəddində yerləşdirməyi planlaşdırır.
Son bir il ərzində Rusiya sülhməramlı kontingentinin öz missiyalarına uyğun mövqe sərgiləmədiyi və faktiki olaraq erməni maraqlarından çıxış etdiyi göz önündədir. Odur ki, sərhəd boyu yeni rus hərbi kontingentinin yerləşdirilməsi dövlət olaraq bizim maraqlarımıza uyğun gəlmir. Çünki belə olacağı halda bir tərəfdən, hər iki dövlət sərhədlərin müəyyənləşdirilməsində faktiki olaraq Rusiyadan asılı vəziyyətə düşəcək, digər tərəfədən isə hər hansı bir tərəfin “sözə baxmayacağı” halda Rusiyaya istədiyi vaxt sərhəddə təxribatlar törətməyə imkan verəcək. Bunu nəzərə alaraq deməliyəm ki, Putinin “vəziyyətin həlli üçün sülhməramlı kontingent tələb olunur” bəyanatı təhlükəlidir və bizə yaxşı heç nə vəd etmir. Bu baxımdan Azərbaycanın Putinin təklifinə isti yanaşmayacağına ümid edirəm.
Amma qeyd etdiyim təhlükə təkcə Azərbaycanla yox, həm də Ermənistanla bağlıdır. Çünki belə bir vəziyyətdə onsuz da Rusiyadan asılı olan Ermənistan daha da asılı vəziyyətə düşəcək ki, bu da nə Paşinyanın, nə də onun havadarlarının maraqlarına cavab vermir. Görünür, elə Paşinyan da bunu dərk edərək dünənki bəyanatlarında sərhədlərin delimitasiya və demorkasiyasına, eləcə də kommunikasiyaların açılmasına hazır olduqlarını dilə gətirib”.