Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə F.Altun “X”də yazıb.
O bildirib ki, Türkiyə və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir:
“Bundan sonra da media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək, beynəlxalq müstəvidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik”.