ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə tərəflər arasında Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.