ABŞ Ukrayna üçün vəd etdiklərini yerinə yetirməlidir - NATO-nun BAŞ KATİBİ

ABŞ-ın Ukrayna üçün yardım paketinə qərar verməsi həyati əhəmiyyət daşıyır, çünki Ukraynanın bu dəstəyə ehtiyacı var. ABŞ vəd etdiklərini yerinə yetirməlidir.


Bu barədə Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.


O, Ukraynadakı müharibədən ciddi dərs aldıqlarını vurğulayıb:


"İndi biz yardım üçün istehsalı necə idarə edəcəyimizə çox diqqət yetiririk. Bəzi xəbərlər var ki, yeni fabrik açılır, istehsal artıb, amma təcili olaraq daha çox iş görmək lazımdır. Düşünürəm ki, hamımız Ukraynadakı müharibədən NATO üçün də ciddi dərslər alırıq".


Y.Stoltenberq müdafiə xərclərindən də söz açaraq bildirib ki, Avropa alyansının görülməli daha çox işi var:


"Biz Ukraynaya dəstək məsələsinə baxırıq. Avropa alyansı və Kanada Ukraynaya ABŞ-dan daha çox dəstək göstərib. Təbii ki, ABŞ Ukraynaya daim hərbi dəstək verib. Amma indi problem ABŞ Konqresində konkret qərarın olmamasıdır. Bu, Ukraynada cəbhə xəttinə birbaşa təsir göstərir. Bu, təkcə düzgün qərar verməklə yox, həm də düzgün qərarı mümkün qədər tez qəbul etməklə bağlıdır. Qərar təcili verilməlidir. Gözləmək o deməkdir ki, Ukraynada cəbhə xəttində daha çox insan həlak olacaq. ABŞ Konqresinə qərarların necə qəbul edilməsi ilə bağlı məsləhət vermək mənim işim deyil. Ancaq deyə bilərəm ki, ABŞ-ın Ukrayna üçün paketə qərar verməsi həyati və təcilidir, çünki onların bu dəstəyə ehtiyacı var. ABŞ vəd etdiklərini yerinə yetirməlidir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.