Ərdoğan erməni xalqına səsləndi:
"TƏHLÜKƏSİZLİYİ MİNLƏRLƏ KİLOMETR ARALIDA AXTARMAYIN..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 17-də hökumətin iclasından sonra xalqa müraciətində Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışıb.

 

O bildirib ki, Ermənistan qonşuları ilə sülh və əməkdaşlıq qurmalı, təhlükəsizliyi “minlərlə kilometr uzaqda” axtarmamalıdır.

 

Türkiyə Prezidentinin sözlərinə görə, “bəzi Qərb dairələri Cənubi Qafqazda yeni oyun qaydaları yaratmağa çalışırlar”. 

 

“Bəzi Qərb dairələri hələ də başa düşə bilmirlər ki, Qarabağ müharibəsinin başa çatması ilə regionda tamamilə yeni mərhələ başlayıb”, - Ərdoğan bildirib.

 

Türkiyə Prezidenti çıxışında onu da əlavə edib ki, bu regionda yaşayan xalqların problemləri və xalqlar arasında münaqişələr hesabına öz maraqlarını reallaşdırmağa çalışan qüvvələr illərdir Ermənistanı “qızışdıraraq” əslində ən böyük zərəri erməni xalqına vurublar: “Onlar erməniləri istismar edir, həyata keçməsi mümkün olmayan xəyallar qurur, onlardan yararlanır, onları təhlükəyə atırdılar. Ermənistan da bu reallığı görməli və qəbul etməlidir".

 

Erməni xalqı və onun rəhbərliyi təhlükəsizliyi minlərlə kilometr aralıda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdır”, - Türkiyə Prezidenti bildirib.

 

Ərdoğan Ermənistanın silahlandırılması məsələsinə də toxunaraq bildirib ki, bəzi ölkələrin göndərdiyi heç bir silah və sursat regionda davamlı sülhün təmin edəcəyi sabitliyi əvəz edə bilməz.

 

“Bizim ən böyük arzumuz odur ki, ermənilər 30 ildən sonra yaranmış sülh fürsətini hansısa arzularına görə əldən verməsinlər.

 

Buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdıqları barışıq əlini sıxmağa çağırıram. Bir daha təkrar edirəm ki, biz Türkiyə olaraq Azərbaycanla əməkdaşlıq çərçivəsində prosesi uğurla başa çatdırmaq üçün lazımi addımları atmağa hazırıq”, - deyə Ərdoğan bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.