Ukrayna Baş komandanının oğulluğu RUSLARI TƏBRİK ETDİ
AVDEYEVKANIN ALINMASI MÜNASİBƏTİLƏ

Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı Aleksandr Sırskinin oğulluğu - övladlığa götürdüyü İvan Sırski rus xalqını Avdeyevkanın ələ keçirilməsi münasibətilə təbrik edib və Rusiya Federasiyasının vətəndaşı olmaq arzusundan danışıb.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, o bunu Sidneydəki Rusiya konsulluğunda kazaklarla görüşündə edib.

 

Belə ki, Ukrayna Silahlı Qüvvələri  Baş komandanının Avstraliyada yaşayan övladlığa götürdüyü oğlu İvan Sırski yerli kazak cəmiyyətinin atamanı və Rusiya vətəndaşı Semyon Boykovla birlikdə Sidneydəki Rusiya konsulluğuna gəlib. Onlar birlikdə rus xalqını Sırskinin Baş komandanlıq etdiyi Ukrayna Silahlı Qüvvələri üzərində qələbə və Avdeyevkanın ələ keçirilməsi münasibətilə təbrik ediblər. İvan Sırski Rusiya Baş Konsulluğuna üstündə “Z” hərfi olan köynəklə gəlib. Rusları ögey atası üzərində qələbə münasibəti ilə təbrik etdikdən sonra o, yanında olan kazaklarla birlikdə “Rusiyaya eşq oslun!” deyə qışqırıb.

 

İvan Sırski Rusiya vətəndaşı olmaq istədiyini bəyan edib. O bildirib ki, indi Avstraliyada yaşayır, bura  valideynləri boşandıqdan sonra qardaşı və anası ilə birlikdə köçüb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.