Türkiyənin əks- kəşfiyyat xidməti İstanbulda Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb.
Caliber.az xəbər verir ki, saxlanılan şəxslər Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən olan insanların Türkiyədəki həyat və fəaliyyətləri barədə məlumat toplayıblar.
Bildirilir ki, kəşfiyyat dəstəsindən olan daha bir nəfərin axtarışları davam edir.
O da qeyd olunur ki, Türkiyədə böyük uyğur icması var.
Xatırladaq ki, bu gün Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən digər əməliyyat çərçivəsində Fransa Kəşfiyyat Xidmətinin üç nəfərdən ibarət casus şəbəkəsi də aşkarlanıb.