ABŞ Prezidenti Cozef Baydenin fikrincə, Ağ evin sabiq rəhbəri Donald Tramp Birləşmiş Ştatları keçmişə sürükləyir.
Ağ evin mətbuat xidməti xəbər verir ki, ABŞ prezidenti bunu Kaliforniyada ştatında seçkiöncəsi kampaniyası üçün ianə toplama tədbirində çıxış edərkən deyib.
“Donald Tramp bizi gələcəyə aparmır, keçmişə sürükləyir. Biz həqiqətin tərəfdarıyıq və onun yalanlarına qalib gələcəyik”, - deyə Cozef Bayden siyasi rəqibi haqqında danışarkən bildirib.
Bundan öncə ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi, Respublikaçılar partiyasından prezidentliyə namizədlik yarışında Trampa əsas rəqib olan Nikki Heyli sabiq dövlət başçısına “keçmişin iblislərinin” təsir etdiyini demişdi.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin olunub.