Amerikalı jurnalist Taker Karlson bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna münaqişəsi ilə bağlı mövqeyini aydınlaşdıran müsahibə üçün ondan bir milyon dollar istəyib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Karlson müsahibə üçün Consona sorğu göndərib.
Consonun köməkçisi əvvəlcə müsahibədən imtina edib, lakin sonra jurnalistə maliyyə şərtləri təqdim olunub.