“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar. Bu da, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Senzor.az erməni mətbuatına istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.
O əlavə edib ki, “Ermənistanın məqsədi regionda düzgün balans yaratmaqdır”.
Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb.