Ərdoğan Şahbaz Şərifi təbrik etdi – MÜZAKİRƏLƏR APARDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu yenidən ölkənin baş naziri seçilməsi münasibətilə təbrik edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, telefon danışığında Türkiyə – Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

 

Eyni zamanda, Ərdoğan Şahbaz Şərifi yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib və yeni dövrdə Türkiyə ilə Pakistan arasında əlaqələrin daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.

 

Prezident Ərdoğan Pakistanda törədilmiş terror aktlarını pislədiyini vurğulayıb və Pakistan xalqına başsağlığı verib.

 

Xatırladaq ki, martın 3-də Şahbaz Şərif yenidən Pakistanın baş naziri seçilib. Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək ölkənin baş naziri olub. O vaxtdan bəri hökumətə  müvəqqəti olaraq Ənvər-ül Haq Kakar rəhbərlik edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.