İsrailin müdafiə naziri Yoav Qallant ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Kurilla ilə görüşüb.
Bu barədə İsrailin müdafiə naziri "X" hesabında bildirib.
"Komandir general Kurilla ilə İranın öz proksiləri vasitəsilə aqressiyası nəticəsində artan regional problemlər haqqında mühüm müzakirə apardıq. Regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün ABŞ və İsrail qüvvələri arasında sıx əməkdaşlığın vacibliyini vurğuladıq", - İsrail müdafiə naziri qeyd edib.