ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni debata çağırıb.
Senzor.az bildirir ki, bu barədə Tramp sosial şəbəkə hesabında yazıb.
“Co Bayden və mənim ölkəmizin və xalqımızın rifahı üçün çox vacib olan məsələləri müzakirə etməyimiz lazımdır. Ona görə də mən debat tələb edirəm. İstənilən vaxt və istənilən yerdə", - deyə ABŞ-ın keçmiş lideri bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Hazırda Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur.