UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" Almaniyanın "Bayer" komandasını qəbul edib.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq
**09:40
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi turnirin 1/8 final mərhələsinin ilk görüşündə Bakıda Almaniyanın “Bayer 04” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 21:45-də start götürəcək.
Oyunu fransalı hakim Benua Bastyen idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Almaniyada - Leverkuzen şəhərində gerçəkləşəcək.