Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Vaşinqtonda Türkiyə-ABŞ strateji mexanizm toplantısı çərçivəsində ABŞ dövlət katibinin müavini Kurt Campbell ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli əlaqələr barədə danışıblar.
Onlar, həmçinin Cənubi Qafqaz, Orta Asiya və digər regionlardakı durumu müzakirə ediblər.