ABŞ Prezidenti Co Bayden İsrailə səfər edə bilər.
Bu barədə "MSNBC" televiziya kanalına müsahibəsində İsrailə səfərin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən ABŞ Prezidenti özü deyib.
O bildirib ki, səfər zamanı Knessetdə çıxış edə bilər. "Bəli, amma bu məsələni müzakirə etməməyi üstün tuturam", - deyə C.Bayden əlavə edib.