Netanyahu Baydenin tənqidini rədd etdi - “ABŞ PREZİDENTİ SƏHV EDİR”

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin onu tənqid etməsini rədd edib və israillilərin əksəriyyətinin onun Qəzza zolağındakı siyasətini dəstəklədiyini bildirib.

 

Bu barədə Netanyahu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

 

“Əgər ABŞ Prezidenti bununla hesab edirsə ki, mən israillilərin əksəriyyətinin istəklərinə zidd olan şəxsi siyasət yeridirəm və bu, İsrailin maraqlarına zərərlidir, o, hər iki baxımdan səhv edir. Qəzzada həyata keçirilən aksiyaları ölkə vətəndaşlarının böyük əksəriyyəti dəstəkləyir. Onlar (israillilər – red.) qalan HƏMAS silahlılarını məhv etmək üçün gördüyümüz tədbirləri dəstəkləyirlər”, - Netanyahu bildirib.

 

Bayden daha əvvəl bəyan edib ki, Netanyahu Qəzzadakı hərəkətləri ilə bütün dünyanı özünə qarşı çevirdiyi üçün İsrailə kömək etməkdən daha çox zərər verir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.