Türkiyənin Çorum bölgəsində İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarla 2-si qırmızı bülletenlə axtarışda olan 3 terrorçu tutulub.
Yerli KİV xəbər verir ki, İŞİD-in Türkiyəyə qarşı hərəkətlərinin sübut və deşifrə edilməsi məqsədilə aparılan araşdırmada müxtəlif vaxtlarda münaqişə bölgələrində fəaliyyət göstərdiyi təsbit olunan 3 nəfər təqib edilib.
Texniki və fiziki təqibdən sonra şübhəlilərin ünvanlarında əməliyyat keçirilib.
Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-in İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.
Şübhəlilər polis bölməsinə aparılıblar.