Şimali Koreya lideri Kim Çen In ölkə ordusunun ən yeni tankının sınaqlarında iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunun üçün o, KXDR-də keçirilən tank heyətinin yarışlarına qatılıb.
“Kim Çen In şəxsən yeni tipli döyüş tankında oturdu və sükanı möhkəm tutaraq tankı idarə etdi, bununla da ordumuzun tankçılarının yüksək əhvali-ruhiyyəsini yüz qat gücləndirdi”, - deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, Şimali Koreya lideri döyüş maşınının güclü zərbə qüvvəsini və manevr qabiliyyətini yüksək qiymətləndirib.