Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının müzakirə edəcəyi məsələlər açıqlanıb

Martın 15-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili azərbaycanlı və türkiyəli həmkarları Ceyhun Bayramov və Hakan Fidanla birlikdə Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.


APA xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə qeyd olunub.


“Görüşdə tərəflər üçtərəfli format çərçivəsində ölkələr arasında mövcud əməkdaşlıq məsələlərini və bu əlaqələrin möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər”, - məlumatda qeyd olunub.


Bəyanatda vurğulanıb ki, tərəflər üçtərəfli əməkdaşlıq formatı çərçivəsində sektoral əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə fokuslanacaqlar, həmçinin hər üç ölkənin iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinə diqqət yetiriləcək.


Bəyanatda bildirilib ki, XİN başçılarının üçtərəfli formatda görüşü çərçivəsində nazir Darçiaşvili Ceyhun Bayramov və Hakan Fidanla ikitərəfli görüşlər də keçirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.