Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan özbəkistanlı həmkarı Raxmatulla Nurimbetov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Senzor.az-a bildiriblər ki, görüşdə ali səviyyəli siyasi dialoqun iki qardaş ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də yeni məzmunla zənginləşdirilməsində əsas rol oynadığı bildirilib.
Söhbət zamanı, həmçinin ikitərəfli münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edilərək, əməkdaşlığın daha da dərinləşdirilməsinə dair gələcək fəaliyyətlərdən danışılıb.
Eyni zamanda, qarşılıqlı maraq doğuran digər mühüm regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.