Rusiyanın hava hücumundan müdafiə sistemləri paytaxt Moskva şəhəri istiqamətində uçan 4 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə paytaxt meri Serqey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, iki PUA Moskva vilayətinin Domodedovo şəhər rayonunda, biri Ramenski şəhər rayonunda, digəri isə Stupinskidə vurulub: “İlkin məlumatlara görə, onların düşdüyü yerdə tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”.