Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa yarışında bürünc medal qazanıb.
Senzor.az bildirir ki, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü buna kumite proqramında nail olub.
Qeyd edək ki, Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunub. Milli komanda yarışa məşqçilər Şahin Xudaverdiyev və Şahin Atamovun rəhbərliyi ilə yollanıblar.