NATO Baş katibi Bakıdan hansı cavabla getdi?
DANIŞIQLARIN PƏRDƏARXASI

NATO Baş katibi Yens Stoltenberq Azərbaycana səfər etdi. Bu onun NATO Baş katibi kimi ölkəmizə ilk səfəri olsa da, 1990-cı illərdə Norveçin energetika naziri kimi bir neçə dəfə səfər edib. 

 

Yens Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində Gürcüstan və Ermənistana da səfər edəcək. Aydın məsələdir ki, onun Cənubi Qafqaza gəlişi Kremli narahat edəcək. Yəni səfərin bir məqsədi də məhz Rusiyanı qıcıqlandırmaqdır.

 

Prinsip etibarilə Stoltenberqin Cənubi Qafqaz turnesinin Kremli qıcıqlandırması başadüşüləndir. Belə ki, indiki məqamda Gürcüstan Şimali Atlantika Blokuna üzv olmaq istəyir. Ermənistan isə KTMT-dən çıxmaq və sonrakı etapda Alyansa üzvlüyü düşünür. 

 

Tbilisi və İrəvandan fərqli olaraq Bakının NATO-ya baxışı fərqlidir. Belə ki, bu gün Azərbaycan NATO-nun müxtəlif proqramlarında iştirak etsə də Alyans üzvlüyü ilə bağlı xüsusi təşəbbüsü yoxdur.

Azərbaycan iki ölkə ilə müqayisədə balans siyasətinə daha çox önəm verir. 

 

Ümumiyyətlə, Bakının hərbi bloklar ilə bağlı yanaşması hər zaman neytral olub. Təsadüfi deyil ki, Azərbaycan məhz buna görə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətə daha çox diqqət ayırır. 

 

Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycanın hərbi kontingenti Kosovada və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bundan başqa, ölkə başçısı qeyd etdi ki, 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz bizim hərbi qulluqçularımız idi. 

 

Azərbaycanın alyanslara yaxın durmamasının bir digər səbəbi də TDT ilə bağlıdır. Bakı təşkilatın gələcəkdə hərbi qanadının olma ehtimalını hər zaman nəzərə alaraq alyanslara məsafəli yanaşır. Yəni Azərbaycan bir hərbi təşkilata üzv olacaqsa, bu ancaq TDT, ya da bu formatda bir türk birliyi ola bilər.

 

Prinsip etibarilə, Azərbaycan NATO-nun ikinci böyük dövləti – Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə keçib. Azərbaycan Ordusunda NATO standartları tətbiq edilir. 

 

Aydın məsələdir ki, bağlı qapılar arxasında  daha detallı və spesifik mövzular müzakirə edilib. Ehtimal ki, NATO-nu narahat edən məqamlardan biri də Bakının anklavlar və eksklavlar uğrunda yeni hərbi eskalasiyaya başlama ehtimallarıdır. Bu ehtimal hələlik aktual deyil, lakin reallaşması mümkündür. 

 

Rəsmi Bakı İrəvan ilə yeni müharibədə maraqlı deyil, amma Ermənistan vaxtilə işğal etdiyi məlum kəndlərimizi qaytarmağı da düşünmür. İrəvan prosesi süni şəkildə uzadarsa və sərhəddə yeni təxribatlar törədərsə, Bakının cavabı sərt olacaq.


Turan Rzayev,

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.