İsraillə HƏMAS altı həftəlik atəşkəsə hazırlaşırlar

İsrail və HƏMAS aylar sonra ilk dəfə Qəzza zolağında israilli girovların azad edilməsi və müvəqqəti atəşkəs imzalanması məqsədi ilə mümkün razılaşmanın detallarını müzakirə edirlər.

 

Xarici KİV-in yazdığına görə, bu barədə İsrail rəsmiləri məlumat veriblər.

 

Qeyd olunur ki, müzakirə olunan hazırkı təklif altı həftəlik atəşkəslə nəticələnə bilər.

 

Əgər razılaşma baş tutarsa, HƏMAS 40 girovu - bütün girov saxlanılan qadınları, yaşı 50-dən yuxarı kişiləri, həmçinin sağlamlıq vəziyyəti pis olan bütün şəxsləri azad edəcək.

 

Öz növbəsində İsrail tərəfi həbsdə olan yüzlərlə fələstinli məhbusu qarşı tərəfə verəcək.

 

Məlumat üçün əlavə edək ki, bundan əvvəl İsraillə HƏMAS arasında danışıqlar Qətər və Misir tərəfinin vasitəçiliyi ilə aparılıb, lakin tərəflər yekun razılığa gələ bilməyiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.