Tahir Mirkişili Avronest PA-nın komitə sədri seçilib - SƏDRLİK AZƏRBAYCANA KEÇİB
YENİLƏNİB, foto

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək.


"Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.


Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında sədrlik növbəti 1 il üçün Azərbaycana keçib. Komitənin sədri Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili seçilib.

Komitə iclasında çıxış edən deputatlar Soltan Məmmədov və Nurlan Həsənov Ermənistandan qovulan azərbaycanlıların hüquqlarının bərpası, işğaldan azad edilmiş ərazilərdə mina qurbanlarının sayının artması məsələlərini qaldırıblar.


Növbəti məruzə üçün Azərbaycan və Ukrayna nümayəndə heyətinin birgə təqdim etdiyi "Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində konfliktlərdən təsirlənən məcburi köçkünlərjn və mina qurbanlarının sosial və peşəkar adaptasiyasının dəstəklənməsi" mövzusu səs çoxluğu ilə qəbul edilib.


Komitə iclasında sosial xidmətlərin rəqəmsallaşması mövzusunda müzakirələrdə üstün nümunə olaraq Azərbaycanın Əmək və Sosial Müdafiə nazirliyinin DOST Mərkəzinin təqdimatı keçirilib.

**10:43

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi mətndən çıxarılıb.

 

"Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

 

Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri öz əksini tapıb. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi və səs çoxluğu ilə qəbul edilən dəyişikliklər nəticəsində məruzədən "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində Alma-Ata deklarasiyasına istinad etmə", "sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması" kimi ifadələr çıxarılıb.

 

Əvəzində isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prossesinə hər kəsin dəstək verməli olduğu, bu prossesin beynəlxalq hüquq normalarına uyğun aparılması məruzədə öz əksini tapıb.

 

Müzakirədə çıxış edən Milli Məclisin deputatları - Tahir Mirkişili, Tural Gəncəliyev, Nurlan Həsənov regionda təhlükəsizliyin təşəkkül tapmasında Azərbaycanın müstəsna rolunu qeyd edərək bunun möhkəmlənməsi üçün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və regional kommunikasiyaların açılmasının vacibliyini vurğulayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.