Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının (PA) plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə edib.
Senzor.az bildirir ki, daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını çox təəssüflə izlədiyini deyib. O, indiki sülh danışıqları atmosferində belə bir çıxışın dağıdıcı təsirə malik olduğunu, nə deputata, nə də spikerə yaraşmayan bir çıxış olmasını qeyd edərək, hər kəsin Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək verməli olduğunu xatırladıb.
Azərbaycanda “Dağlıq Qarabağ” adında regionun yoxl, Qarabağ iqtisadi regionunun olduğunu, Azərbaycanın heç vaxt heç harda etnik təmizləmə aparmadığını, Xankəndidə bu gün də ermənilərin yaşadığını, Ermənistanın regionda nəhəng dağıntılar törətdiyini və əraziləri mina ilə çirkləndirdiyini deyən Tahir Mirkişili Ermənistan spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə və sülhə dəstək verən çıxış etməyə çağırıb.