Şimali Atlantika Alyansı (NATO) və Avropa İttifaqı ölkələri Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlaşmalıdır.
Rusiya KİV xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib.
“Biz buna uyğun hazırlaşmalıyıq”, - o deyib.
O əlavə edib ki, bu, ilk növbədə Baltikyanı ölkələrə və Polşaya aiddir.
T.Billström xatırladıb ki, İsveç Latviyaya mexanikləşdirilmiş batalyonun bir hissəsini göndərməyi planlaşdırır, həmçinin Qotland adası və Baltik dənizi ərazisində dəniz qüvvələrini gücləndirəcək.