Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan Moskvada baş verən terror aktı ilə bağlı Putinə dərin hüznlə başsağlığı verib. Türkiyə Prezidenti günahsız insanlara qarşı törədilən mənfur terror aktını kəskin şəkildə pisləyib və Rusiya xalqına başsağlığı verib, səbr diləyib.
Ərdoğan (Moskva vilayətində-red) hücumun bölgədəki böhranları ən qısa müddətdə sülh yolu ilə başa çatdırmağın lazım olduğunu nümayiş etdirdiyini söyləyib. O qeyd edib ki, Türkiyə istisnasız olaraq bütün növ və təzahürlərə qarşı durmağın vacibliyini anlayaraq, terrorizmlə mübarizə sahəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
**16:30
''Ölkəm və millətim adından Moskvada konsert salonunda törədilən terror aktına görə Rusiya hökumətinə başsağlığı verir və hücumu şiddətlə qınayıram”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.
“Terror kimdən gəlirsə, törədənin kim olmasından asılı olmayaraq qəbuledilməzdir. Terrorun qanlı, xain üzünü çox yaxşı bilən bir ölkə olaraq biz rus xalqının ağrısını paylaşırıq”, o deyib.