Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi birliyə yeni nəfəs verib - SYERRA-LEONE PARLAMENTİNİN SƏDRİ

Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi birliyə yeni nəfəs verib.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən məlumata görə, bunu Syerra-Leone parlamentinin spikeri Abass Çernor Bundu Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.


Görüşdə parlamentlərarası əlaqələrin inkişafı imkanları, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb.


Söhbət zamanı QH-nın və onun Parlament Şəbəkəsinin fəaliyyətində Azərbaycanın vacib rolu qeyd olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın institusional inkişafı istiqamətində mühüm addımlar atılıb. Xatırladılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə QH-nın Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis edilib.

S.Qafarova bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının inkişafında, təşkilata üzv olan ölkələrin qanunverici orqanları arasında əlaqələrin genişləndirilməsində, eləcə də bəşəriyyəti narahat edən bir sıra məsələlərin həlli üçün həmrəylik göstərilməsində mühüm platforma rolunu oynayır.


Qeyd olunub ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin diqqət ayırdığı məsələlər yeni çağırışlarla üst-üstə düşür, xüsusilə dekolonizasiya məsələsində Azərbaycanın mövqeyi qarşı tərəfdən təqdir olunub.


Parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunan görüşdə bildirilib ki, istər Parlamentlərarası İttifaq, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlər və qurulan dialoq hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edir.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.