“NATO Ukraynaya vaxtı keçmiş döyüş sursatları göndərir”
AVSTRİYANIN SABİQ XİN BAŞÇISI

NATO keçmiş Yuqoslaviyada etdiyi kimi, Ukraynaya da vaxtı keçmiş döyüş sursatları göndərir.


TASS xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib.


O, Kosovoya səfəri zamanı rastlaşdığı bir hadisəni danışıb:


“1999-cu ilin iyun-iyul aylarında ilk dəfə Kosovoya bir qrup alman istehkamçı ilə birlikdə getdim. Orada söhbət əsanasında bizə dedilər ki, Serbiyada piyada əleyhinə minalar istehsal olunmur. Bütün bu döyüş sursatları NATO arsenalından idi. Onların partlamamasının səbəbi isə bu gün Ukraynada olduğu kimi vaxtı keçmiş döyüş sursatlarından istifadə edilməsi idi. İndi də “Tomahawk” raketləri. NATO “silmək istədiyi” sursatları Ukraynaya göndərməkdədir”, - o deyib.


K.Knaysl qeyd edib ki, tarix bu günə qədər davam edir: “Kosovalılar qurban, serblər təcavüzkar idi, indiki vəziyyətdə problemlərə baxanda 1999-cu ildən bəri heç nəyin həll olunmadığını görürük”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.