İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələdi
FOTO

“Crocus City Hall”a edilən hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələyib.

 

Bu barədə terror təşkilatının qolu olan “Vilayəti Xorasan”ın Tacikistandakı təbliğat şəbəkəsi - “Əl Azaim”də bildirilib.

 

Kanalda Rusiya Prezidenti Vladimir Putinə qarşı təhdidlərin yer aldığı plakat yayılıb.

 

Mətndə qeyd olunur ki, terror təşkilatı  üzvlərinin işgəncə ilə dindirilməsinə etiraz olaraq onlar Rusiyada növbəti terror aktı təşkil edəcəklər.

 

Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron da “Vilayəti Xorasan”ın Fransada terror aktları törətmək üçün bir neçə cəhd etdiyini bildirib.

 

“Son aylarda məhz bu qrup ərazimizə bir neçə dəfə terror cəhdi edib”, - deyə o vurğulayıb.

 

Fransa prezidenti bu cəhdlərin nə vaxt, necə edildiyini, onların sayını və s. təfərrüatı açıqlamayıb.

 

Makron, həmçinin bildirib ki, o, Rusiyaya terrorizmlə mübarizədə geniş əməkdaşlıq təklif edib. Rusiya Prezidenti ilə birbaşa danışıb-danışmayacağı ilə bağlı sualı cavablandıran Makron təmasların ilk növbədə texniki şəkildə və nazirlər səviyyəsində aparılacağını deyib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.