Britaniya qüvvələri Qəzzaya havadan 10 ton humanitar yardım atıb

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri mülki şəxslərə həyati əhəmiyyətli xilasetmə yardımı göstərmək üçün beynəlxalq səylər çərçivəsində ilk dəfə martın 25-də Qəzzaya 10 tondan çox ərzaq ləvazimatını havadan buraxıb.


Bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, yardım konteynerlərinə su, düyü, zeytun yağı, un, konservləşdirilmiş məhsullar və körpələr üçün yeməklər və s. ibarət olan yardım daxil edilib.

"Müdafiə naziri hərbi missiya üçün təhlükənin və mülki şəxslər üçün riskin qiymətləndirilmiş şəkildə azaldılmasından sonra əməliyyata icazə verib. RAF A400M, İordaniyanın rəhbərlik etdiyi beynəlxalq yardım missiyasının bir hissəsi olaraq bu yardımı Qəzzanın şimal sahili boyunca çatdırmaq üçün İordaniyanın Əmman şəhərindən uçub. Böyük Britaniya personalı bu missiyanı planlaşdırmaq və həyata keçirmək üçün İordaniya Kral Hərbi Hava Qüvvələri ilə sıx əməkdaşlıq edib", Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.


Bildirilib ki, Böyük Britaniya daha əvvəl də hava vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılması səylərinə dəstək verib, belə ki, Qəzzanın şimalındakı Təl Əl-Həva xəstəxanasına hava yolu vasitəsilə İordaniya və Bəhreynin yardım çatdırması üçün bu ölkələri 600 paraşütlə təmin edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.